Azərbaycanda yeni mövsüm nə vaxt başlayacaq? -Sualın cavabı
Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün başlama vaxtı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin (İK) üzvü İsgəndər Cavadov məlumat verib.
Onun sözlərinə görə, İK-nın bugünkü iclasında AFFA prezidenti Rövnəq Abdullayev çempionatın avqustun ortalarında başlanılmasına tapşırıq verib: "İnşallah, yeni çempionatımız avqustun ortasında başlayacaq. Bu məsələ müzakirə olunaraq belə qərara gəlindi. Koronavirus pandemiyasına görə klubların hazırda Azərbaycandan kənarda olan legionerləri - məşqçiləri və futbolçuları geri qayıtmalıdı. Buna görə tarixin avqustun ortasında olması daha məqsədəuyğun sayıldı. Klublarımız avrokuboklarda və milli komandamız Millətlər Liqasında çıxışlarına başlayanadək yeni çempionatın startı nəzərdə tutulub".
Avrokuboklardakı təmsilçilərimiz üçün Nazirlər Kabineti yanında Operativ Qərargahdan rəsmən icazə artıq alınıb.
Son mövsüm iyunun 18-də məhz İK-nın qərarıyla koronavirus pandemiyasına yarımçıq dayandırılıb (sport24.az).
Oxşar xəbərlər
Premyer Liqamızda yeni mövsümün startı ilə bağlı açıqlama
Azərbaycan çempionatının yeni mövsümü də təxirə salınır?
Azərbaycanda idman yarışlarına icazə verildi - RƏSMİ
Yeni mövsüm sentyabrda başlayacaq - Premyer Liqada
Yeni mövsüm avqustun 23-də start götürəcək - Dəqiqləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
"Orhus" Bakıdan məğlub ayrılır - Çempionlar Liqası
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası
-
"Turan"ın ilk ev matçına biletlər satışa çıxdı















Misli Premyer Liqası