Milli komandamız üçün "Jozi Bartel" -FOTO
Millətlər Liqasının 2020/21 mövsümündə C liqasının 1-ci qrupunda yer alan Lüksemburq yığmasının oyunlarının məkanı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Azərbaycanla eyni qrupda yer alan adıçəkilən komandanın millimizlə matçlarının da yeri bilinib.
Lüksemburqlular sentyabrın 5-də ilk turda yığmamızın qonağı olacaq. Luk Holtsun yetirmələri həmin gün Bakı Olimpiya Stadionunda millimizlə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da start götürəcək.
Lüksemburqlular ev oyunlarının hamısını isə 8000 tamaşaçı tutumuna malik "Jozi Bartel" stadionunda keçirəcək. Yığmamızla cavab qarşılaşması sonuncu - VI tur çərçivəsində noyabrın 17-də olacaq. "Jozi Bartel"dəki matçın start fiti Bakı vaxtı ilə 23:45-də səslənəcək.
Millimiz qrupda Lüksemburqla yanaşı, Kipr və Monteneqro ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
Lüksemburq - Azərbaycan matçının yeri dəyişdiriləcək - Dünya çempionatı
Maksim Medvedev koronavirusa yoluxdu
Lüksemburqun futbolçularında yoluxma - Oyunöncəsi
"Uğura birlikdə nail olacağıq" - Ramil Şeydayev
Yığmamızın Millətlər Liqasındakı təqvimi məlum oldu - Cədvəl
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası