reklam
Lüksemburq - Azərbaycan matçının yeri dəyişdiriləcək -
Sportfm.az xəbər saytı

Lüksemburq - Azərbaycan matçının yeri dəyişdiriləcək -Dünya çempionatı


Futbol üzrə Lüksemburq yığması dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı ev oyununu yeni stadionda keçirə bilər.

Sportfm.az xəbər verir ki, "Stade de Luxembourg" arenasının açılışı bəzi problemlər səbəbindən təxirə salınıb.

Komanda martın 30-da son Avropa çempionu Portuqaliyanı burada qəbul edə bilməyəcək. Görüş böyük ehtimalla, "Jozi Bartel" stadionunda olacaq.

Beləliklə, Lüksemburq seçməsi "Stade de Luxembourg"dakı ilk rəsmi qarşılaşmasını sentyabrda məhz Azərbaycan millisinə qarşı keçirə bilər.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Oxşar xəbərlər

Lüksemburq - Azərbaycan oyununun hakimləri - DÇ-2022
Millimizlə oyunun stadionu dəyişdirildi - DÇ-2022
Lüksemburqun futbolçularında yoluxma - Oyunöncəsi
Milli komandamız üçün "Jozi Bartel" - FOTO
Yığmamızın Millətlər Liqasındakı təqvimi məlum oldu - Cədvəl

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər