reklam
Messidən daha bir rekord
Sportfm.az xəbər saytı

Messidən daha bir rekord


“Barselona”nın hücumçusu Lionel Messi İspaniya La Liqasında yeni rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, argentinalı futbolçu sözügedən çempionatda bir mövsüm ərzində 20-dən çox qola və məhsuldar ötürməyə imza atıb.

O, buna La Liqanın 36-cı turu çərçivəsində qarşılaşdıqları “Valyadolid”lə oyunda komandasının vurduğu yeganə qolun ötürməsini verməklə nail olub.

Hazırda Messinin hesabında 22 qol, 20 məhsuldar ötürmə var.

21-ci əsrdə Avropanın beş aparıcı çempionatı arasında belə bir rekorda 2002/03 mövsümündə Tyerri Anri imza ata bilmişdi. O, London “Arsenal”ının heyətində 24 qola imza atmış, 20 məhsuldar ötürmə müəllifi olmuşdu.

Oxşar xəbərlər

Levandovski yeni rekorda imza atdı - La Liga
Messidən yeni rekord - 506-cı oyun
Messi tarixi rekorda imza atdı
21-ci əsrdə ilk dəfə - Rekorda imza atdı
Messidən daha bir rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər