Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Messidən daha bir rekord
"Barselona" futbol klubunun hücumçusu Lionel Messi növbəti rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Belə ki, argentinalı futbolçu bir klubun heyətində vurduğu qolların sayına görə "Bavariya"-nın keçmiş futbolçusu Herd Müllerin rekordunu təkrarlayıb. Dekabrın 10-da "Vilyarreal"la matçda Messi "Barselona"nın heyətində 525-ci qolunu vurub.
Qeyd edək ki, Herd Müller 1964-1979-cu illərdə "Bavariya"nın şərəfini qoruyub. Messi 2004-cü ildən etibarən "Barselona"da çıxış edir. Bu mövsümdə L.Messi İspaniya çempionatında 15 oyunda 14 qol vurub və 4 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Messi Xavinin rekordunu təkrarladı
Messi İspaniya çempionatında rekorda imza atdı
Messi primerada 6000-ci qolu vurdu
Messi avrokuboklarda 100-cü qolunu vurdu
Messi 500-ə çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası