Yeni iş yerində 4 gün çalışa bildir -Fanatlara görə getdi
Dörd gün əvvəl Kiyev “Dinamo”suna baş məşqçi təyin edilən Mirça Luçesku komandadan ayrılmaq qərarına gəlib.
Sportfm.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında rumıniyalı mütəxəssis özü deyib.
75 yaşlı mütəxəssis “Dinamo” azarkeşlərinin ona düşmən münasibəti göstərdiyi üçün bu qərarı verdiyini bildirib: "Belə anlarda klubun çox ehtiyac duyduğu azarkeşlərin dəstəyi olmadan, düşmən münasibəti bəslənən yerdə işləmək mümkün deyil. Bir neçə il əvvəl yaşadığımız rəqabətə qayıtmaq istədim. Tribunadakı azarkeşlərin sevinməsini istədim. Ukrayna buna layiqdir. Lakin mən azarkeşlərin öz klublarına qarşı bu münasibətini qəbul edə bilmərəm”.
Qeyd edək ki, Luçesku daha əvvəl Ukraynada 12 il ( 2004-2016) “Dinamo”nun əzəli rəqibi olan Donetsk "Şaxtyor"unun baş məşqçisi olub.
Oxşar xəbərlər
“Qalatasaray” Ukrayna klubu ilə oynayacaq - Xeyriyyə
"Çempionatı bərpa etmək mümkün olmayacaq" - Mirça Luçesku
Superkubokun qalibi məlum oldu - Ukraynada
"Dinamo"nun yeni baş məşqçisi müəyyənləşdi - 74 yaşlı mütəxəssis
Kiyev "Dinamo"su növbəti kubokunu qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası