Azərbaycan və Türkiyə yoldaşlıq görüşü keçirəcək
Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan və Türkiyə Şahmat federasiyalarının birgə təşkilatçılığı ilə növbəti onlayn yarış keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu dəfə Azərbaycan və Türkiyə milli komandaları arasında "Bir Millət, İki Dövlət" şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü təşkil olunacaq.
Azərbaycan komandasının əsas heyətində üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbov, Avropa çempionatının mükafatçıları Günay Məmmədzadə, Gülnar Məmmədova, eləcə də Vüqar Əsədli və Xanım Balacayeva çıxış edəcək. Ehtiyat heyətdə Avropa çempionları Rauf Məmmədov, Qədir Hüseynov, qitə birinciliyinin mükafatçısı Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, 16 yaşlılar arasında dünya birinciliyinin qalibi Aydın Süleymanlı və Gövhər Beydullayeva yer alacaq.
8 - 10 avqustda keçiriləcək yarış saat 19:00-da başlayacaq. Partiyalar İdman TV-də canlı şərh olunacaq.
Qeyd edək ki, pandemiya dövründə Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə internet üzərindən Azərbaycan Kuboku, "İpək Yolu" turniri, Azərbaycan və Ukraynanın qadın şahmatçılardan ibarət komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Oxşar xəbərlər
Dünya çempionu “Shusha Chess 2022” turnirə qatılacaq
Azərbaycan yığması mübarizəni dayandırdı - Şahmat Olimpiadası
Millimiz Türkiyə ilə yoldaşlıq görüşündə qələbə qazandı
İpək Yolu Kuboku keçiriləcək - Azərbaycan və Gürcüstan arasında
Şahmatçılarımız Yunanıstanda yarışacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası