reklam
Çempionlar Liqası:
Sportfm.az xəbər saytı

Çempionlar Liqası:"Leyptsiq" "Atletiko"ya qarşı


Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.

Sportfm.az xəbər verir ki, Almaniya “Leyptsiq”i İspaniyanın “Atletiko” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutacaq matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Vacib oyun öncəsi hər iki komandada itkilər var. “Atletiko”nun heyətində Anhel Korrea və Şime Vrsalko koronavirusa yoluxduqları üçün oynamayacaqlar. “Leyptsiq”də isə Fabris Hartman və Marsel Zabitzer zədə səbəbindən matçı buraxacaqlar.

Qeyd edək ki, 1/4 finalın ilk oyununda Fransa çempionu PSJ İtaliya “Atalanta”sını 2:1 hesabı ilə məğlub edib. Paris təmsilçisi yarımfinalda “Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) duelinin qalibi ilə üz-üzə gələcək.

13 avqust

Çempionlar Liqası, 1/4 final

23:00. “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim:
 Şimon Marçinyak
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu

 

Oxşar xəbərlər

Son yarımfinalçı kim olacaq? - Çempionlar Liqası
"Leyptsiq" yarımfinala yüksəldi - VİDEO
PSJ "Atalanta"ya qarşı - Çempionlar Liqası
Çempionlar Liqasında 1/4 final cütləri dəqiqləşdi
Avropa Liqasında yarmfinalçılar hansı klublar olacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər