Son yarımfinalçı kim olacaq? -Çempionlar Liqası
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, bu raundun son oyununda İngiltərənin "Mançester Siti" klubu ilə Fransa "Lion"u qarşılaşacaq. Görüş Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutacaq.
Niderlandlı FIFA referisi Denni Makkelinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
"Şəhərlilər"in heyətində argentinalı hücumçu Serxio Aquero zədə səbəbindən oyunu buraxacaq. Liqa 1 təmsilçisində isə itki yoxdur.
Bu cütün qalibi növbəti mərhələdə "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.
13 avqust
Çempionlar Liqası, 1/4 final
23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)
Baş hakim: Denni Makkeli
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu
Oxşar xəbərlər
"Bavariya" finalda - Çempionlar Liqası
ÇL: "Lion" mözüzəsi davam edir - VİDEO
"Barselona" "Bavariya" ilə qarşı-qarşıya
Çempionlar Liqası: "Leyptsiq" "Atletiko"ya qarşı
Çempionlar Liqasında 1/4 final cütləri dəqiqləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası