Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şehiç Türkiyədə klubunu dəyişdi -Transfer
Türkiyə Super Liqasına vəsiqə qazanan "Ərzurumspor"dan ayrılan İbrahim Şehiçin yeni klubu müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bosniyalı qapıçı "Konyaspor"a transfer olub. Super Liqa təmsilçisi 31 yaşlı qapıçı ilə 3+1 illik müqavilə imzalayıb. İbrahim yeni klubunda 13 nömrəli formada çıxış edəcək.
Şehiç ötən mövsüm keçirdiyi 34 oyunda 26 top buraxıb, 16 görüşdə isə qapısını toxunulmaz saxlayıb.
Qapıçı 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"a keçmişdi.
Oxşar xəbərlər
İbrahim Şehiç “Qarabağ”ın düşərgəsində - FOTO
Şehiçin yeni klubu məlum oldu
Şehiçin agenti "Qalatasaray" iddialarına fikir bildirdi
İbrahim Şehiçin yeni klubu müəyyənləşdi
Şehiç hara gedir? - A Seriyasına, yoxsa Super Liqaya
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası