"Biz “Barselona”yıq” -Arturo Vidal
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Bavariya” ilə qarşılaşacaq “Barselona”nın futbolçusu Arturo Vidal oyunla bağlı fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, Kataloniya klubuna “Bavariya”dan transfer olunan Vidal, oyunun çətin keçəcəyini bildirib:
“Bu, ilin ən vacib oyunudur, çempionluqla bağlı böyük ümidlərimiz var. “Bavariya” hər zaman favoritdir, orda oynamışam, bunu hiss etmişəm. Amma “Barselona” dünyanın ən yaxşısıdır və şərtlər bərabərdir. Möhtəşəm oyun olacaq. “Bavariya” əla mövsüm keçirdi, Bundesliqanın və kubokun qalibi oldu. Oyunun nə qədər çətin olacağını bilirik, amma biz “Barselona”yıq. Meydanda əlimizdən gələni etməyə çalışacağıq”.
Oxşar xəbərlər
Messisiz rəmzi komanda - SİYAHI
Qalmaq istədiyini söylədi - Koutinyo
“Barselona” oyunçusunu satmağa hazırlaşır
Çempionlar Liqasında II turun ən yaxşı oyunçusu kim olacaq?
Arturo Vidal rəsmən "Barselona"da
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası