reklam
Çempionlar Liqasında II turun ən yaxşı oyunçusu kim olacaq?
Sportfm.az xəbər saytı

Çempionlar Liqasında II turun ən yaxşı oyunçusu kim olacaq?


UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.

Sportfm.az xəbər verir ki, UEFA-nın rəsmi saytında açıqlanan siyahıya 4 qol daxil edilib.

Siyahıda İspaniyanın “Barselona” klubunun futbolçusu Luis Suaresin “İnter” (2:1) klubuna, “Ayaks” klubunun mərakeşli futbolçusu Hakim Ziyeşnin “Valensiya”ya (0:3), “Bavariya”nın yarımmüdafiəçisi Yozua Kimmixin “Tottenhem”ə (7:2) və “Liverpul”un oyunçusu Sadio Manenin “Zaltsburq”a (4:3) vurduğu qol yer alıb.

II turdakı çıxışlarına görə, ən yaxşı futbolçu adına Luis Suares (“Barselona”), Serj Qnabri (“Bavariya”), Əşrəf Hakimi (“Borussiya” (Dortmund), Bonaventur (Brüggeiddia edir.

Qeyd edək ki, qaliblər UEFA-nın saytına aparılan səsvermə ilə müəyyənləşəcək.

Oxşar xəbərlər

Qrup mərhələsinin ən yaxşı qolu - Çempionlar Liqası
Həftənin ən yaxşısı adına namizədlər - Çempionlar Liqası
Ən yaxşı adına 4 namizəd - Çempionlar Liqası
Həftənin oyunçusu adına namizədlər müəyyənləşdi - Çempionlar Liqası
Həftənin oyunçusu adına namizədlər açıqlandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər