Şahmat Olimpiadasında top-divizionun oyunları keçiriləcək -40 komanda mübarizə aparacaq
Avqustun 21-də Ümumdünya Şahmat Olimpiadasında 40 komandanın qatıldığı top-divizionun oyunları start götürəcək.
Sportfm.az xəbər verir ki, şahmatçılarımız top-divizionun “B” qrupunda mübarizə aparacaqlar. Yarışın birinci günündə komandamız Niderland, Macarıstan, Cənubi Afrika Respublikasının yığmaları ilə qarşılaşacaq.
Ölkəmizi olimpiadada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Bu qrupda, həmçinin Ukrayna, Slovakiya, Qazaxıstan, İspaniya, Norveç, Fransa və yığmaları da yer alıblar.
Ümumilikdə 163 komandanın qatıldığı Olimpiada avqustun 30-dək davam edəcək.
Oxşar xəbərlər
Azərbaycan Ermənistanla qarşılaşa bilər - Olimpiadada
Milli komandamız Ukraynaya məğlub oldu
Millimiz mübarizəyə qoşulur - Ümumdünya Şahmat Olimpiadası
Millimiz “Top-divizion”da mübarizə aparacaq
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov olimpiadaya yollanacaq - Heyət açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası