Milli komandamız Ukraynaya məğlub oldu
Ümumdünya Şahmat Olimpiadasında "Top-divizion"un oyunları davam edir.
Sportfm.az xəbər verir ki, B qrupunda mübarizə aparan Azərbaycan millisi bu gün növbəti görüşlərini keçirir.
Komanda yarışın ikinci günündə ilk görüşünü Ukraynaya qarşı keçirən komandamız məğlub olub - 2.5 - 3.5
Azərbaycan 2.5:3.5 Ukrayna
Şəhriyar M 1 - 0 İvançuk
Korobov 1/2 - 1/2 Teymur R.
Vüqar Əsədli 0 - 1 Şevçenko
Berdnik 1/2 - 1/2 Xanım Balacayeva
Günay Məmmədzadə 0 - 1 Osmak
Gaponenko 1/2 - 1/2 Gülnar Məmmədova
Komandamız ikinci görüşündə Slovakiya üzərində 5-1 hesablı inamı qələbə qazanıb.
Xanım Balacayeva 0.5-0.5 Ferkova Dominika
Gazik Viktor 0-1 Şəhriyar Məmmədyarov
Koçetkova, Julia 0-1 Məmmədzade Günay
Rauf Məmmədov 1-0 Ftacnik Lubomir
Məmmədova Gulnar 0.5-0.5 Cibickova Zuzana
Sahidi Samir 0-1 Aydın Suleymanlı
Balajayeva, Khanim 0.5-0.5 Ferkova Dominika
Gazik Viktor 0-1 Sehriyar Memmedyarov
Kochetkova, Julia 0-1 Memmedzade Gunay
Rauf Memmedov 1-0 Ftacnik Lubomir
Memmedova Gulnar 0.5-0.5 Cibickova Zuzana
Sahidi Samir 0-1 Aydin Suleymanli
Komandamız günün son oyununda Qazaxıstan yığması ilə qarşılaşacaq.
İlk gündə Niderland, Macarıstan və Cənubi Afrika Respublikası üzərində inamlı qələbə sayəsində 6 xalla öz qrupunda zirvəyə yüksələn yığma liderliyini qorumağa çalışacaq. Bu qrupda həmçinin İspaniya, Norveç və Fransa milliləri də yer alıb. Hər qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edir. Ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib.
Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.
Oxşar xəbərlər
Millimiz qələbə ilə başladı - Ümumdünya Şahmat Olimpiadası
Millimiz mübarizəyə qoşulur - Ümumdünya Şahmat Olimpiadası
Şahmat Olimpiadasında top-divizionun oyunları keçiriləcək - 40 komanda mübarizə aparacaq
Rəqiblərimiz bilindi - “Top Divizion"
Millimiz “Top-divizion”da mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası