reklam
Sportfm.az xəbər saytı

"Çoxdandır bir oyunda iki qol vurmurdum" -Namiq Ələsgərov


"Neftçi”nin futbolçusu Namiq Ələsgərov Premyer Liqanın 1-ci turunda "Səbail” üzərində qələbəni (2:1) dəyərləndirib.

Sportfm.az xəbər verir ki, 2 qol vuran yarımmüdafiəçi növbəti oyunlara yaxşı motivasiya olacağını deyib:

"Çoxdandır bir oyunda iki qol vurmurdum. Bu, qarşıdakı oyunlarda da qol vurmaq üçün daha yaxşı motivasiya olacaq. Amma əsas olan komandanın qələbəsidir, qolları kimin vurması deyil. Əlbəttə, azarkeşlərin olmaması bizə çətinlik yaradır. Bununla belə, onlar həmişə bizim yanımızdadır. Biz onların dəstəyini hiss edirik. Bu bizə əlavə güc verir. 

Təbii ki, uzun fasilədən sonra yenidən meydana çıxmaq çətindir. Hələ tam hazır deyilik. İnanıram ki, oyundan oyuna daha yaxşı oynayacağıq. Çempionatın ilk matçları həmişə çətin keçir, amma əsas olan ilk oyunda qələbə qazanmaq idi. Artıq bu görüşü yaddan çıxarıb "Şkupi” ilə matça köklənmək lazımdır. Bu oyunda qələbə bizim üçün çox önəmlidir”.

Oxşar xəbərlər

“Qarabağ”ın baş məşqçisi: “Həmişə deyirəm, real olmaq lazımdır”
"Azarkeşlərimizin dəstəyinə çox ehtiyacımız olacaq" - Fərid Nəbiyev
"Bu hisslərin sözlə ifadəsi yoxdur" - “Neftçi”nin gənc futbolçusu
"Qol vurmaq həmişə xoşdur" - “Sabah”ın qol vuran futbolçuları
Onlar hər oyuna motivasiya ilə çıxmasalar… - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər