reklam
Sportfm.az xəbər saytı

"Bu hisslərin sözlə ifadəsi yoxdur" -“Neftçi”nin gənc futbolçusu


“Neftçi”nin gənc futbolçusu Vüsal Əsgərov klubun rəsmi saytına müsahibə verib.

Sportfm.az xəbər verir ki, “Səbail”lə oyunda əsas komandada qol hesabını açan 20 yaşlı yarımmüdafiəçi təəssüratlarını bölüşüb:

- Əsas komandanın heyətində qol hesabını açdın və “Neftçi”yə çox vacib qələbə qazandırdın. Həmin an hansı hissləri keçirirdin?

- Üç oyunluq məğlubiyyətdən sonra bu matçda qələbə qazanmaq çox vacib idi. Həmin qolu vurmaq mənə nəsib olduğu üçün çox sevinirəm. Amma təbii ki, əsas olan komandanın qələbəsidir.

- Bu mövsüm artıq 3 Premyer Liqa oyununda forma geyinmisən. Ümumiyyətlə, əsas komandada, üstəlik, start heyətində meydana çıxmaq necə hisslərdir?

- Bu hisslərin sözlə ifadəsi yoxdur. Çox sevinirəm. Həm qol vurduğum, həm də oynadığım üçün şadam. Meydana çıxdığım matçlarda özümü ən yaxşı tərəfdən göstərib komandama kömək etməyə çalışacağam.

- “Səbail” üzərində qələbə həm də uğursuzluq seriyasına son qoymaq baxımından əhəmiyyətli oldu. Səncə, qış fasiləsinəcən keçiriləcək “Sumqayıt” və “Qəbələ” ilə oyunlarda bu qələbənin ardı gələcək?

- Düzdür, alınmayan, uğursuz oyunlarımız oldu, amma bu, hər bir komandada ola bilər. Son matçda qələbə qazanaraq bu tilsimi qırdıq. “Sumqayıt” və “Qəbələ” ilə görüşlərdə də qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

- Son turda qələbə qolunu vurmaqla azarkeşlərin də rəğbətini qazandın. Onlara sözün varmı?

- Azarkeşlər sağ olsunlar ki, mənə inanır və dəstək olurlar. Mən də öz növbəmdə çalışacağam onların inamını doğruldub komandamızın qələbələrində pay sahibi olum.

Oxşar xəbərlər

""Sabahdan qorxmuruq" - Mirabdulla Abbasov
"Komanda yoldaşlarıma təşəkkür edirəm" - “Neftçi”nin futbolçusu
“Qələbədə pay sahibi olduğum üçün çox şadam” - Mirabdulla Abbasov
"Çempionat hələ yeni başlayıb" - Emin Mahmudov
"Çoxdandır bir oyunda iki qol vurmurdum" - Namiq Ələsgərov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər