reklam
Azərbaycan ilk görüşdə uduzdu -
Sportfm.az xəbər saytı

Azərbaycan ilk görüşdə uduzdu -Şahmat olimpiadası


Bu gün Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda 1/4 final mərhələsinin oyunları keçirilir. 

Sportfm.az xəbər verir ki, onlayn yarışda B qrupunu 14 xalla birinci pillədə başa vuran Azərbaycan millisi bu raundda Polşa ilə üz-üzə gəlir.

Yığma ilk dueldə rəqibinə 2:4 hesabı ilə uduzub.

Azərbaycan - Polşa 2:4

Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda 0:1

Rauf Məmmədov - Radoslav Voytaşek 0:1

Günay Məmmədzadə - Monika Soçko 0,5:0,5

Gülnar Məmmədova - Karina Sifka 0:1

Vüqar Əsədli - Şimon Qumularz 0,5:0,5

Xanım Balacayeva - Alisa Sviliçka 1:0

1/4 final mərhələsinin digər görüşlərində Hindistan Ermənistanı, Rusiya Macarıstanı məğlub edib. ABŞ isə Ukrayna ilə münasibətlərinə aydınlıq gətirir.

Azərbaycan - Polşa qarşılaşmasının qalibi yarımfinalda Hindistanla, ABŞ - Ukrayna duelinin güclüsü isə Rusiya ilə qarşılaşacaq.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında yarımfinal görüşləri avqustun 29-da, final isə avqustun 30-da gerçəkləşəcək. 

 

Oxşar xəbərlər

Azərbaycan Ermənistanla qarşılaşa bilər - Olimpiadada
Milli komandamız Ukraynaya məğlub oldu
Millimiz qələbə ilə başladı - Ümumdünya Şahmat Olimpiadası
Millimiz mübarizəyə qoşulur - Ümumdünya Şahmat Olimpiadası
Kişi şahmat millimiz Olimpiadada medal qazana bilərmi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər