reklam
İranda bir ilk -
Sportfm.az xəbər saytı

İranda bir ilk -Qadınlardan ibarət xokkey komandası


İranın idman tarixində ilk dəfə olaraq qadınlardan ibarət buzüstü xokkey komandasının formalaşdırılmasına başlanıb.

Sportfm.az xəbər verir ki, cari ilin dekabrında Filippində keçiriləcək Asiya çempionatında İranın qadınlardan ibarət xokkey millisi də iştirak edəcək.

Bu günə kimi İranda xokkey oynamaq üçün şərait olmayıb. Lakin ötən il xokkey oyunu üçün Tehranda “İran Mall” buz meydançası inşa edildikdən sonra gənc qızların bu oyuna marağının artdığı müşahidə edilir. Hazırda milli komandanın formalaşdırılması istiqamətində addımlar atılır. Bunun üçün müsabiqə elan olunub. Müsabiqədə iştirak üçün 104 qadın müraciət edib. “İran Mall” idman kompleksində məşq prosesindən sonra onların arasından 23 nəfər seçilərək milli komandanın heyəti formalaşdırılacaq. (azertag.az)

Oxşar xəbərlər

26 yaşlı xokkeyçi dünyasını dəyişdi - Beyin qanaxmasından
Xokkey üzrə dünya çempionatı ləğv olundu - Koronavirusa görə
“Arsenal”ın sabiq qapıçısı karyerasını xokkey komandasında davam etdirəcək
İranda qadınların stadionda futbol izləmələrinə icazə verildi
Birləşmiş yığma Nobel sülh mükafatına layiq görülə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər