Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Lionel Messinin millidəki cəzası ləğv edildi -Yığmanın matçlarında oynayacaq
“Barselona”nın futbolçusu Lionel Messinin Argentina millisindəki cəzası ləğv edilib.
Sportfm.az xəbər verir ki, Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) 33 yaşlı hücumçunun yığmadakı cəzasını ləğv edib.
Messi, ötən ilki Amerika kuboku zamanı KONMEBOL-un ünvanına səsləndirdiyi ittihamlar üçün diskvalifikasiya olunmuşdu. Argentinalı futbolçu turnirin yarımfinal oyununda Braziliyaya 0:2 hesabı ilə uduzduqdan sonra matçın hakimini VAR-dan istifadə etmədiyi üçün tənqid etmişdi. Messi, həmçinin, KONMEBOL-u korrupsiyada günahlandıraraq, mükafatlandırma mərasiminə də qatılmamışdı.
Oxşar xəbərlər
Messinin cəzası bilindi - Diskvalifikasiya edildi
VAR-ı yumruqla vurduğuna görə cəzalandı - FOTO
Messi diskvalifikasiya olundu
Messi Argentina yığmasından kənarlaşdırıla bilər
Karyerasında ikinci dəfə oyundan qovuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası