Mahir Emrelinin durumu ilə bağlı açıqlama -Qırıq aşkarlanmadı
Azərbaycan Premyer Liqasında II turun "Keşlə" ilə səfər matçında zədələnmiş "Qarabağ" klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, klubdan verilən məlumata görə, 23 yaşlı hücumçunun diz bağları və vətərlərində qırıq aşkarlanmayıb. Əvəzində Emrelinin ayağında ciddi burxulma üzə çıxıb. Onun nə zaman sıraya dönəcəyi bədəninin verəcəyi reaksiyadan asılı olacaq. Futbolçunun Norveç "Molde"si ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununda çıxış edib-etməyəcəyi bəlli deyil.
Qeyd edək ki, Mahir Emreli "Keşlə" ilə oyunun 37-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib. Matç qolsuz tamamlanıb. "Molde" ilə görüş sentyabrın 16-da Kiprin Larnaka şəhərindəki "AEK Arena"da olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. (report)
Oxşar xəbərlər
Emrelinin son durumu
Emrelinin durumu açıqlandı
Emrelinin ikinci testi neqativ çıxdı
Mahir Emreli axır ki, gedir - Açıqlama
"Qarabağ" - "Molde" oyununun yeri açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
-
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı






.jpg)








Misli Premyer Liqası