reklam
Sportfm.az xəbər saytı

"Daha yaxşı oynayacağıma inanıram" -Eddi İsrafilov


"Baş məşqçinin bizdən istədiyi kimi pozitivlik və nikbinliklə çalışırıq. Yeni komandayıq, mövsüm ərzində iddialılar sırasında olmaq niyyətindəyik". 

Sportfm.az xəbər verir ki, bu fikirləri İspaniyanın “Albasete” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov "Eldigitaldealbacete" nəşrinə açıqlamasında deyib. 

28 yaşlı yarımmüdafiəçi Sequndanın I turunda "Espanyol"a 0:3 hesabı ilə uduzduqları matçdan nəticələr çıxartmağa çalışdıqlarını bildirib. İsrafilov hazırkı durumu haqqında bunları söyləyib: "Özümü çox yaxşı hiss edirəm. Mövsüm yeni başlayıb, daha yaxşı oynayacağıma inanıram".

Oyunçu komandadakı mühitin müsbət olduğunu sözlərinə əlavə edib: "Komandaya gənc və çalışqan futbolçular qoşulub. Onların böyümək istədiklərini gördüm. Kollektivimiz möhtəşəmdir, yeni qoşulanlarla birlikdə böyük qrup yaratdıq".  

Qeyd edək ki, “Albasete” II turda sentyabrın 20-də evdə “Ponferradina” ilə qarşılaşacaq. 

Oxşar xəbərlər

"Eddi İsrafilov və Azər Salahlı bizə xeyir verəcəklər" - Emin Mahmudov
Eddi İsrafilov İspaniya klubundan ayrıldı
Millinin futbolçusu cəzalı durumda
Azərbaycanlı Eddi 2 oyun "dincələcək"
Millimizin futbolçusu İspaniyada klubunu dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər