Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Divizionda iştirakdan imtina etdilər -"Qəbələ", "Zirə" və "Səbail"
Futbol üzrə Azərbaycan Premyer Liqasındakı klublardan 3-ü I Divizionda əvəzedicilərlə təmsil olunmaqdan imtina edib.
Sportfm.az xəbər verir ki, bunlar "Qəbələ", "Zirə" və "Səbail"dir. Paytaxt təmsilçiləri ilə müqayisədə, əyalət komandası ardıcıl ikinci mövsüm aşağı liqada mübarizəyə qatılmayacaq.
"Neftçi", "Qarabağ", "Sabah", "Sumqayıt" və "Keşlə" isə I Divizionda təmsil olunmağa razılıq verib. Daha 5 klub isə "Turan Tovuz", "Zaqatala", "Kəpəz", MOİK və "Qaradağ Lökbatan" olacaq.
Qeyd edək ki, ötən mövsüm I Divizion 13 komanda ilə başlasa da, sonradan "Ağsu" mübarizədən çəkilib.
Oxşar xəbərlər
Yeni mövsümün püşkü atıldı - Azərbaycan Kuboku
Tovuz futboldan uzaqlaşır - İMTİNA
I Divizionda yeni mövsümün təqvimi açıqlandı
"Zaqatala" və "Turan Tovuz"dan qələbə, "Ağsu" uduzdu
I Divizionda yeni mövsümün - TƏQVİMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası