reklam
Sportfm.az xəbər saytı

"Tofiq Bəhramov" stadionu oyunlara hazırdı -FOTO


Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə təmir işləri tam yekunlaşıb. 

Sportfm.az xəbər verir ki, bu barədə mərkəzi arenanın direktoru Şamil Quliyev məlumat verib.

O bildirib ki, arena hazırda istənilən matçın keçirilməsi üçün hazırdır. Quliyevin sözlərinə görə, ot örtüyündəki saralmalar aradan qaldırılıb: "Nə vaxtsa, buraya oyun salsalar, stadion tam şəkildə hazırdır. Artıq ot örtüyündə problem olmayacaq. Bu, fəsillə əlaqədar idi". 

Direktor "Qarabağ" klubu daxili çempionat oyunları üçün sizə müraciət edibmi" sualına belə cavab verib: "Hələ ki, belə bir müraciət yoxdur, bu, kluba aid məsələdir. Buna özləri qərar verəcəklər".  

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının I və II təsnifat mərhələsindəki matçlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Ağdam təmsilçisi müvafiq olaraq Şimali Makedoniyanın "Sileks" klubunu 4:0, Moldova "Şerif"ini isə 2:1 hesabı ilə məğlub edib. Hər iki qarşılaşmada meydanın ot örtüyünün vəziyyəti qənaətbəxş olmayıb. 

Ölkə çempionu Kiprin Larnaka şəhərindəki Çempionlar Liqasının III təsnifat mərhələsinin matçında "Molde"yə penaltilər seriyasında uduzub - 5:6. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Avropa Liqasının pley-offunda "Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. Oyun oktyabrın 1-də səfərdə gerçəkləşəcək. (Report)

Oxşar xəbərlər

"Qarabağ" "Lex"ə futbol dərsi keçdi - 5:1- Çempionlar Liqası
"Qarabağ" - "Lex" - Çempionlar Liqası
"Qarabağ" Kipr klubuna qarşı - Konfrans Liqası
Mətbuat konfranslarının vaxtı açıqlandı - “Qarabağ” – “Şerif”
"10 gün vaxt verilsə, ot örtüyü özünə gələcək" - Stadionun direktoru

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər