"Rusiya çempionatının səviyyəsi Azərbaycandakından zəif deyil" -Karpin
"Kimsə rəqibdən daha güclü olduğumuzu düşünürdüsə, yanılır. Bu komanda bizdən zəif deyil. Reytinqləri unudun".
Sportfm.az xəbər verir ki, bunu Rusiyanın "Rostov" klubunun baş məşqçisi Valeri Karpin Avropa Liqasının III təsnifat mərhələsində İsrail "Makkabi"sinə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.
51 yaşlı mütəxəssis bildirib ki, reytinqlər xalq üçündür: "Müəyyən məqamlarda və günlərdə onlar güclü olurlar. Səbəblərdən danışmaq mənlik deyil. Bu barədə hamı danışır. Təəssüf ki, bizim çempionatın səviyyəsi belədir. Qlobal danışsaq, heç bir bəhanə axtarmadan demək olar ki, reallıq budur. Yəqin ki, Rusiya çempionatı Gürcüstan və Azərbaycandakından zəif deyil. Amma İsraili qabaqladığımızı deyə bilmərəm".(sportnet.az)
Oxşar xəbərlər
"Neftçi"də yerli futbolçular zəif deyillər" - Mahmud Qurbanov
Qurban Qurbanov: "Azarkeşlərimizi sevindirmək istəyirik”
"Milliyə gələn yeni baş məşqçi çox iddialı danışır" - Rüfət Quliyev
"Qəti bu hesabı gözləmirdim" - Yunis Hüseynov
"Samtredia" zəif komanda deyil" – Qriqorçuk
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası