reklam
Sportfm.az xəbər saytı

"Samtredia" zəif komanda deyil" – Qriqorçuk


"Gürcü klubu ilə düşməyimiz bizim üçün gözlənilməz olmadı. Çünki hələ püşkə potensial 5 rəqibimizi bilirdik ki, onlar arasında "Samtredia" vardı”. 

Sportfm.az-ın "sportnet.az"a istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Avropa Liqasında püşkü dəyərləndirən ukraynalı mütəxəssis hər bir rəqibə hörmətlə yanaşmağı vacib sayır: "Mən Gürcüstan klubları ilə elə də maraqlanmadığımdan, rəqibi indi xarakterizə edə bilmirəm. Ancaq onu deyə bilərəm ki, gürcülər çox yaxşı futbol oynaya bilirlər, maraqlı oyun nümayiş etdirirlər. Rəqibimiz son çempionatın gümüş medalçısı olub. Deməli, zəif komanda deyil”.
 
Maraqlıdır ki, "Qəbələ” ötən mövsüm də Avropa Liqasına mübarizəyə gürcülərlə başlayıb: "Onda rəqibimiz Tiflis "Dinamo”su idi və onu yenərək sonda qrupadək irəlilədik. Ümid edirəm ki, bu dəfə də gürcülərlə başladığımız yol bizim üçün uğurlu olacaq. Təbii ki, bunun üçün ilk olaraq "Samtredia”nı keçmək lazımdır”.
 
Premyer Liqanın bürünc mükafatçısının Gürcüstanda hazırlıq keçməsi yerinə düşüb. Üstəlik, yeni transferləri arasında da gürcü legioner – yarımmüdafiəçi Nika Kvekveskiri var. Ancaq Qrqiorçuk bu məsələdə bir qədər fərqli düşünür: "İndi istənilən rəqib haqda məlumat almaq çətin deyil. Ona görə də bu məsələdə Nikanı narahat etməyəcəyik”.
 
Püşkə əsasən, klublarımız, o cümlədən "Qəbələ” ilə "Neftçi” ilk matçını evdə keçirməlidir. Ancaq hər ikisinin eyni stadionda oynaması dəyişikliyi zəruri edir: "Bu məsələ tez bir zamanda aydınlaşmalıdır. Çünki biz də "Bakcell Arena”da oynamağı planlaşdırırıq. Yəqin ki, komandalardan birinin ilk oyununun məkanı dəyişdiriləcək. Bunu indidən bilmək hazırlıq planı baxımından vacibdir”.

Oxşar xəbərlər

Roman Qriqorçuk:”Bu bizim komanda üçün əlavə motivasiya yaratmır”
"Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq"
Roman Qriqorçuk: "Yarımfinalda zəif rəqibə rast gəlmirsən"
Roman Qriqorçuk:”Komandamın necə oyun sərgiləyəcəyini özümdə bilmirəm”
"Qəbələ"də baş verənlər məni maraqlandırmır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər