reklam
Klub prezidentindən qeyri-adi cəza -
Sportfm.az xəbər saytı

Klub prezidentindən qeyri-adi cəza -5 km-lik məsafəni piyada qət etdilər


Portuqaliyanın "Lusitania" klubunun prezidenti Uqu Mendeş ölkə kubokunda "San-Juan-de-Ver"ə uduzan komandasını qeyri-adi üsulla cəzalandırıb.

Sportfm.az xəbər verir ki, futbolçular 0:1 hesablı məğlubiyyətə görə matçın keçirildiyi stadiondan bazayadək 5 km-lik məsafəni piyada qət etməli olublar.

Klub prezidentinin hərəkəti ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb. Portuqaliya Oyunçular İttifaqı (SAFP) Mendeşin dərhal üzr istəməli olduğunu açıqlayıb.

Qeyd edək ki, Portuqaliya kubokuna 4 liqadan ümumilikdə 165 komanda qatılır. Yuxarı liqa təmsilçiləri mübarizəyə 3 mərhələdən start verirlər.

Oxşar xəbərlər

Klub direktoruna 5 oyunluq cəza - Qərar
PSJ Portuqaliya millisinin futbolçusunu transfer etdi - 5 illik müqavilə
"Keşlə"yə texniki məğlubiyyət verildi - AFFA
Futbolçunu döyən klub prezidenti ömürlük cəza aldı
Yığma üzvləri ölkə prezidentindən avtobus istədi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər