UEFA-dan “Qarabağ”ın matçına xüsusi təyinat
UEFA AFFA-nın müraciətinə əsasən Avropa Liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununa xüsusi olaraq təhlükəsizlik üzrə nümayəndə təyin edib.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın saytında yayılan açıqmada bildirilir.
Xatırladaq ki, son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, AFFA “Legiya” – “Qarabağ” oyunu ilə əlaqədar UEFA-ya müraciət ünvanlanmışdı. Müraciətdə UEFA Avropa Liqası turnirinin qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburqda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb. Bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir.
Oxşar xəbərlər
UEFA “Nant” - “Qarabağ” matçında təxribat olacağından çəkinir
AFFA “Qarabağ” üçün UEFA-ya müraciət edəcək
"Qarabağ" UEFA-ya müraciət etdi - Avropa Liqası
AFFA-dan UEFA-ya müraciət - Xüsusi diqqət və həssaslıq tələb etdi
AFFA erməni təxribatı ilə bağlı bəyanat yaydı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası