Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımız ordu sıralarında
Azərbaycan cüdo ictimaiyyətinin yüzdən çox nümayəndəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.
Sportfm.az xəbər verir ki, ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak üçün müraciət etmiş cüdoçular, məşqçilər, hakimlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən könüllü olaraq ordu sıralarına qoşulub.
Düşmənə layiqli cavab verən ordunun sıralarına qoşulmaqdan şərəf duyduqlarını deyən cüdoçular Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Ölkə cüdo ictimaiyyətinin bütün nümayəndələri döyüşə hazırdır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti dəstəkləyirlər.
Onlar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli ordumuza uğurlar və şanlı qələbə arzulayıblar.
Oxşar xəbərlər
Bu gün Azərbaycanda Anım Günüdür
Azərbaycanda Zəfər Günüdür
Azərbaycanın olimpiya mükafatçısı orduya yazıldı
Azərbaycanlı döyüşçü Milli Ordu üçün qeydiyyata alındı
"Şahin"in qalibi məlumdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası