Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanın olimpiya mükafatçısı orduya yazıldı
Azərbaycan boksçusu Kamran Şahsuvarlı könüllü olaraq orduya yazılıb.
Sportfm.az xəbər verir ki, bu barədə 28 yaşlı idmançının özü məlumat verib.
75 kq çəki dərəcəsində çıxış edən olimpiya mükafatçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinə yaxınlaşdığını bildirib.
Şahsuvarlı hər zaman müharibəyə getməyə hazır olduğunu söyləyib: "Öz fikrimlə getdim və qeydiyyata düşdüm. Mən bunu heç bir sosial şəbəkədə paylaşmamışdım. Yəqin ki, kimsə məni tanıyıb və paylaşıb. Səfərbərlik olacağı təqdirdə hər zaman döyüşə getməyə hazıram".
Qeyd edək ki, Kamran Şahsuvarlı Rio-2016 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. (Report)
Oxşar xəbərlər
Cüdoçularımız ordu sıralarında
Azərbaycanlı döyüşçü Milli Ordu üçün qeydiyyata alındı
Ramil Şeydayev sizdən soruşur - “Futbol, yoxsa boks?”
Kamran Şahsuvarlı yarımfinala yüksəldi
Rio-2016: Albert Səlimov məğlub oldu, Kamran Şahsuvarlı 1/4 finalda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası