reklam
Sportfm.az xəbər saytı

"Makkabi"nin baş məşqçisi texniki zonada olmayacaq -"Qarabağ"la görüşdə


İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsində ilk turun "Qarabağ"a qarşı matçında texniki zonada əyləşə bilməyəcək.

Sportfm.az xəbər verir ki, səbəb 51 yaşlı mütəxəssisin cəzalı olmasıdır. Yunanıstanlı baş məşqçi Avstriyada "Zaltsburq"a 1:3 (ilk görüş - 1:2) hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə texniki zonadan qovulub.

Donis "Qarabağ"la matçı tribunadan izləməli olacaq.

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər

"Qarabağ"ı məğlub etməyə çalışacağıq" - "Makkabi"nin baş məşqçisi
"Qarabağ"la oyunu kənardan izləmək çətin idi" - Yorqos Donis
"Oyunçular meydanda yaxşı iş gördülər" - "Makkabi"nin məşqçisi
"Qarabağ"ın rəqibi testlərin nəticəsini açıqladı - İnfeksiya aşkarlanmadı
"Qarabağ" böyük təcrübəyə malikdir" - Yorqos Donis

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər