"Qarabağ"la oyunu kənardan izləmək çətin idi" -Yorqos Donis
"Zaltsburq"la oyundan əvvəl koronavirus səbəbindən xeyli oyunçumuzu itirdik. İndi hər şeyi yenidən bərpa etməyə hazırlaşırıq. Virusdan sağalan futbolçular tam hazır deyillər".
Sportfm.az "israelhayom.co.il" saytına istinadən xəbər verir ki, bu fikirləri İsrail "Makkabi"snin (Təl-Əviv) baş məşqçisi Yorqos Donis ölkə çempionatının V turunda bu gün "Hapoel" (Beer-Şeva) ilə keçirəcəkləri ev oyunu barədə danışarkən deyib.
51 yaşlı mütəxəssis bildirib ki, uzun fasilədən sonra bərpa olunan çempionata qələbə ilə başlamaq önəmlidir: "3-4 gündən bir oyun keçirəcəyik. Bunun üçün heyətin geniş olması vacibdir. Belədə seçim etmək asan olur. Qələbə ilə başlamaq və mövsümün sonunda uğur qazanmaq önəmlidir. "Hapoel" intizamlı komandadır. Rəqibi analiz etmişik, güclü tərəflərini bilirik. Bizi çətin qarşılaşma gözləyir".
Cəza səbəbindən UEFA Avropa Liqasının I qrupunun ilk turunun "Qarabağ"la oyununda (1:0) texniki zonada yer almayan yunanıstanlı baş məşqçi bu məqama da toxunub: "Bəzən kənardan baxanda müəyyən üstünlüklər olur. Amma oyunçuların məşqçinin yaxınlığını hiss etmələri vacibdir. Bu baxımdan çətin oldu. Lakin önəmli olan qələbə qazanmağımızdır".
Qeyd edək ki, "Makkabi" (Təl-Əviv) - "Hapoel" (Beer-Şeva) oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Oxşar xəbərlər
İsrail klubu “Qarabağ”ın futbolçusunu istəyir - Təkidlə
"Futbolçularımdan razı qaldım" - Qurban Qurbanov
"Qarabağ"ın rəqibi doğma meydanda məğlub oldu - 0:1
"Oyunçular meydanda yaxşı iş gördülər" - "Makkabi"nin məşqçisi
"Makkabi"nin baş məşqçisi texniki zonada olmayacaq - "Qarabağ"la görüşdə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yankoviç hər şeyi açıqladı - Rəvan Həmzazadə söyüş söyüb!
-
"Final matçının ölkəmizdə təşkilinin tərəfdarıyıq" - Sərxan Hacıyev
-
“İmişli” “Sumqayıt”a uduzdu - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Neftçi” - “Qarabağ” matçına 6000 bilet satıldı
-
“Qəbələ” - “Araz-Naxçıvan” - Start heyətlər















Misli Premyer Liqası