reklam
Azərbaycan klubu ev oyununu Serbiyada keçirəcək -
Sportfm.az xəbər saytı

Azərbaycan klubu ev oyununu Serbiyada keçirəcək -Zallar bağlı olduğu üçün


Qadın həndbolçulardan ibarət "Azəryol" komandası Avropa Kubokunun 1/16 final mərhələsində Serbiyanın "ZRK Naisa" klubu ilə ev oyununu Bakıda keçirməyəcək.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiya rəsmisi məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda bu istiqamətdə danışıqlar davam edir: "Yəqin ki, cavab matçı da Serbiyada olacaq. İdman zalları bağlı olduğu üçün burada oynamaq mümkün deyil. Onsuz da oyunu neytral meydanda keçirməli idik. Cavab görüşünün də orada olmasını istəyirik".

Qeyd edək ki, "Azəryol" ilk matçını noyabrın 14-də, cavab qarşılaşmasını isə noyabrın 21-də keçirəcək.

Oxşar xəbərlər

“Azəryol”un oyunlarının vaxtı və yeri müəyyənləşdi - Avropa kuboku
“Azəryol”un Avropa kubokunda rəqibi müəyyənləşdi
Komandalarımızın avrokubok yarışlarındakı rəqibləri məlum oldu
“Azəryol”-“Kristianstad” oyununu ukraynalı hakimlər idarə edəcəklər
“Azəryol” qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər