Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Azəryol”un oyunlarının vaxtı və yeri müəyyənləşdi -Avropa kuboku
Avropa kuboku yarışlarında çıxış edəcək qadın həndbolçulardan ibarət “Azəryol” klubunun oyunlarının vaxtı və yeri müəyyənləşib.
Sportfm.az xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz ikinci raundda Yunanıstanın “AEP Panorama” klubu ilə görüşəcək.
“Azəryol” ilk oyununu oktyabrın 16-17-də səfərdə, cavab görüşünü 23-24-də evdə keçirməli idi. Lakin klublar hər iki matçın Yunanıstanda keçirilməsini razılaşdırıb. Bu oyunlar Salonikidə təşkil olunacaq.
Oktyabrın 23-dəki matçda “AEP Panorama” meydan sahibi olacaq. Ertəsi gün eyni məkanda baş tutacaq görüşün nominal meydan sahibi “Azəryol” olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan təmsilçilərinin ilk oyunlarının vaxtı bilindi
“Azəryol”un Avropa kubokunda rəqibi müəyyənləşdi
Komandalarımızın avrokubok yarışlarındakı rəqibləri məlum oldu
“Azəryol”-“Kristianstad” oyununu ukraynalı hakimlər idarə edəcəklər
"Araz"ın oyunlarının vaxtı bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası