reklam
Qurban Qurbanov üçün əlamətdar oyun
Sportfm.az xəbər saytı

Qurban Qurbanov üçün əlamətdar oyun


"Qarabağ”ın "İnter”lə qarşılaşması iki yubileylə əlamətdar olub.
Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, əyalət klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqada, futbolçusu İlqar Qurbanov "ağ-göylər”in heyətində çempionatda yubiley matçını keçirib. Sonuncu klubunun heyətində 100-cü dəfə meydana çıxıb. 2010/11 mövsümündən Ağdam klubunda çıxış edən cinah oyunçusu 7 mövsümdə keçirdiyi 100 qarşılaşmada 6 qol vurub. "Qarabağ”ın baş məşqçisi isə 272-si "Qarabağ”, 28-i "Neftçi”də olmaqla 300-cü dəfə Premyer Liqada meydana komanda çıxarıb. 172 qələbə və 54 məğlubiyyətə şahid olan 44 yaşlı mütəxəssis 74-cü heç-heçəni izləyib. Bu oyunlarda onun yetirmələri 452 qol vurub və 216-nı buraxıb.

Oxşar xəbərlər

Qurban Qurbanov “Qarabağ”la 400-cü qələbəsini qazandı
Emin Mahmudov üçün yubiley matç
Qurban Qurbanov üçün əlamətdar oyun - Azərbaycan Kuboku
"Sumqayıt"ın baş məqşçisi üçün əlamətdar tur
Qurbanov üçün ilk, AZAL-dan təkrar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər