reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt"ın baş məqşçisi üçün əlamətdar tur


Topaz Premyer Liqasının XV turu "Sumqayıt”ın baş məşqçisi Samir Abasov üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, 39 yaşlı mütəxəssis "Gənclik şəhəri” təmsilçisini 50-ci dəfə rəsmi matça çıxarıb. Bu yubiley "Qəbələ” ilə səfər görüşünə təsadüf edib. 1:1 hesablı heç-heçə Abasovun baş məşqçi kimi 14-cü bərabərliyi olub. "Sumqayıt” onun rəhbərliyi altında 15 qələbə qazanıb və 21 dəfə məğlubiyyətə uğrayıb. Baş məşqçi 58 vurulan və 77 buraxılan qola şahidlik edib. Ötən mövsümün 7 çempionat oyunundan sonra bu posta təyin olunan çalışdırıcı Premyer Liqada 44, kubokda 6 dəfə iş başında olub.

Qeyd edək ki, Abasovun "Sumqayıt”ın baş məşqçisi kimi ilk oyunu 2015-ci il oktyabrın 18-də gerçəkləşib. "İnter”lə ev görüşü də yubiley matçı kimi 1:1 hesabı ilə nəticələnib.

Oxşar xəbərlər

"Sumqayıt"dan yubiley qələbəsi - Misli Premyer Liqası
Emin Mahmudov üçün yubiley matç
Premyer Liqada 75-ci, "Sumqayıt"da 40-cı - Misli Premyer Liqası
Samir Abasov 100-ə çatdı
“Sumqayıt” yubiley qələbəsini qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər