Dünyanın məhsuldar “qoca”ları -SİYAHI
Cari mövsüm ən çox qol vuran yaşlı futbolçuların siyahısı açıqlanıb.
Sportfm.az xəbər verir ki, cədvəldə yaşı 35 və daha çox olan oyunçular yer alıb.
Avqustdan başlayan dövrü əhatə edən müddətdə ən məhsuldar "qoca" Bafetimbi Qomisdir. O, artıq 15 dəfə fərqlənib. Ən yaxşı avropalı isə Zlatan İbrahimoviçdir.
1. Bafetimbi Qomis (Əl-Hilal, Səudiyyə Ərəbistanı) - 13 oyun, 15 qol;
2. Qonsalo Berqessio (Nasyonal, Uruqvay) - 17 oyun, 14 qol;
3. Nene (Fluminense, Braziliya) - 18 oyun, 12 qol;
4. Zlatan İbrahimoviç (Milan, İtaliya) - 8 oyun, 9 qol;
5. Xoakin Larrivey (Universidad, Çili) - 10 oyun, 9 qol;
6. Vaqner Lav (Kayrat, Qazaxıstan) - 14 oyun, 9 qol;
7. Andre Pyer Jinyak (Tiqres, Meksika) - 15 oyun , 9 qol;
8. Mihael Lindl (Volfsberger, Avstriya) - 10 oyun, 8 qol;
9. Mohamed Aziz (Berkane, Mərakeş) - 12 oyun, 8 qol;
10. Kriştiano Ronaldo (Yuventus, İtaliya) - 6 oyun, 7 qol.
Oxşar xəbərlər
Dünya futbolu çox şey itirəcək... O, gedir
Mbappe İbrahimoviçin rekorduna şərik oldu - UĞUR
Ən çox het-trik edənlər - SİYAHI
Ən çox oyun keçirən futbolçular - SİYAHI SİYAHI
Dünyanın ən sadiq futbol azarkeşləri - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası