reklam
Mbappe PSJ-də bu şərtlə qalacaq -
Sportfm.az xəbər saytı

Mbappe PSJ-də bu şərtlə qalacaq -AÇIQLAMA


PSJ-nin futbolçusu Kilian Mbappe müəyyən şərtlər əsasında müqaviləsini yeniləməyə hazırdır.

Sportfm.az xəbər verir ki, 21 yaşlı hücumçu  sözləşmədə  təzminat ödənilməsi ilə bağlı maddə olacağı təqdirdə müqaviləsini uzatmağa razılaşacaq.

Əks-halda futbolçunun mövsümün sonunda başqa bir kluba keçmək istədiyi bildirilib. Onun satış qiyməti isə 180 milyon avro dəyərində müəyyənləşdirilib. “Real”ın fransalı oyunçuya görə bu məbləği ödəməyə hazır olduğu qeyd edilib.

Bundan əvvəl Mbappe 3 dəfə Paris təmsilçisinin müqaviləni uzatmaq üçün təklifini rədd edib.

Qeyd edək ki, Mbappe bu mövsüm PSJ ilə 8 matça çıxaraq, 7  qol vurub və eyni sayda qolun ötürməsini verib.

 

Oxşar xəbərlər

Mbappe "Real"la neçə illik müqavilə imzalayıb?
PSJ Mbappe ilə razılığa gəldi
Mbappe başqa kluba gedir - QƏRAR
PSJ danışıqlara başladı - Neymar, Mbappe və Di Mariya ilə
Mbappe üçün rekord qiymət - İspanlar futbolçunu "tələyə salıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər