reklam
Abbasovun “Sumqayıt”lı 2 ili -
Sportfm.az xəbər saytı

Abbasovun “Sumqayıt”lı 2 ili -15 qələbə, 11 heç-heçə və 20 məğlubiyyət


Ayxan Abbasovun “Sumqayıt”ın baş məşqçisi təyin olunmasından iki il ötür.

Sportfm.az xəbər verir ki, sumqayıtlılar 2018/19 mövsümünün 12-ci turundan etibarən komandanın sükanı arxasına keçən Abbasovun rəhbərliyi ilə Premyer Liqada 46 oyun keçirib.

39 yaşlı mütəxəssisin komandanı meydana çıxardığı oyunlarda 15 qələbə, 11 heç-heçə və 20 məğlubiyyət qeydə alınıb. Hazırda davam edən 2020/21 mövsümündə Ayxan Abbasovun rəhbərlik etdiyi komanda 9 oyuna 15 xal toplayaraq, ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, “Sumqayıt” tamamlanmamış 2019/2020 mövsümünü 4-cü sırada bitirməklə tarixində ilk dəfə Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanmışdı.

“Sumqayıt” Abbasovun rəhbərliyi ilə Azərbaycan Kubokunda 9 oyun keçirib. Bu oyunların 6-sı 2018/19 mövsümünə, qalanı isə ötən mövsümə təsadüf edir.

2018/19 mövsümündə komanda bütün rəqiblərini adlayaraq, tarixində ilk dəfə Azərbaycan kubokunun final mərhələsinə vəsiqə qazanmışdı. Final qarşılaşmasında məğlub olan “Sumqayıt” yarıda dayandırılan 2019/20 mövsümündə isə yarımfinala qədər irəliləməyi bacarmışdı.

Oxşar xəbərlər

Ayxan Abbasov “Sumqayıt”la davam edəcək - Müqaviləsi yeniləndi
Ayxan Abbasov 100-ə çatdı - Premyer Liqa
Ayxan Abbasov “Sumqayıt”dan getmədi - RƏSMİ
“Sumqayıt”dan 70-ci qələbə
“Sumqayıt” yubiley qələbəsini qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər