reklam
Millətlər Liqasının oyunu keçirilməyəcək -
Sportfm.az xəbər saytı

Millətlər Liqasının oyunu keçirilməyəcək -Koronavirusa görə


UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində, bu gün keçirilməli olan Rumıniya – Norveç matçı təxirə salınıb.

Sportfm.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Qarşılaşmanın təxirə salınmasına səbəb Norveç yığmasının bir futbolçusunda koronavirus aşkarlanmasıdır.

Norveç hökuməti yığma üzvlərinin karantin qaydalarına uyğun olaraq Buxarestə getməsinə icazə verməyib. UEFA bu səbəbdən qarşılaşmanı təxirə salıb. Norveç millisinin bütün üzvləri iki həftəlik karantində qalmalıdırlar.

Rumıniya – Norveç matçı bu gün, saat 23:45-də keçirilməli idi.

Oxşar xəbərlər

Çempionlar Liqasının oyunu təxirə salındı Hava şəraitinəgörə
Norveç millisi texniki məğlubiyyət aldı - Millətlər Liqası
Millətlər Liqasının oyunu ləğv edildi - 6 futbolçu sıradan çıxdı
Səhiyyə Nazirliyi yığmanın oyunlara getməsinə icazə vermədi - Norveçdə
Gənclər də futbolsuz qalacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər