reklam
Səhiyyə Nazirliyi yığmanın oyunlara getməsinə icazə vermədi -
Sportfm.az xəbər saytı

Səhiyyə Nazirliyi yığmanın oyunlara getməsinə icazə vermədi -Norveçdə


Norveç Səhiyyə Nazirliyi yığma komandanın UEFA Millətlər Liqasında Rumıniya və Avstriyaya qarşı matçlar üçün ölkəni tərk etməsinə qadağa qoyub.

Sportfm.az xəbər verir ki, futbolçular ölkəyə gəldikdən sonra 4 dəfə testdən keçiblər və bunların hamısının nəticəsi mənfi olub.

Buna baxmayaraq, nazirlik koronavirus pandemiyası səbəbindən komandanın Rumıniya və Avstriyaya getməsinə icazə vermir. Norveç Futbol Federasiyası yığmanın Rumıniyaya səfəri üçün Səhiyyə Nazirliyinə müraciət edib. Rumıniya tərəfi rəqibi qəbul etməyə hazır olduqlarını və UEFA-nın bütün təhlükəsizlik protokoluna əməl edildiyini vurğulayıb.

Qeyd edək ki, Norveç noyabrın 15-də səfərdə Rumıniya, 18-də isə Avstriya ilə qarşılaşmalıdır.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin "Molde" komandasını Bakıda qəbul etməli idi. Lakin qarşı tərəf geri dönüşdə 10 günlük karantinə alınacağını səbəb gətirərək, oyunun yerinin dəyişdirilməsi üçün UEFA-ya müraciət edib və yekunda müsbət cavab alıb. Ağdam klubu Kiprin Larnaka şəhərindəki görüşdə penaltilər seriyasında uduzub.

Oxşar xəbərlər

Norveç millisi texniki məğlubiyyət aldı - Millətlər Liqası
Millətlər Liqasının oyunu keçirilməyəcək - Koronavirusa görə
"Qarabağ"dan açıqlama - UEFA-nın qərarı ilə bağlı
Norveç hökuməti müsbət cavab vermədi - "Qarabağ" - "Molde" matçı ilə bağlı
"Çalışırıq ki, "Qarabağ" - "Molde" matçı Bakıda keçirilsin" - Elxan Məmmədov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər