"Sabah" bizimlə oyuna dönüş nöqtəsi kimi baxır" -Aftandil Hacıyev
"Səbail" klubu Azərbaycan Premyer Liqasının X turunun "Sabah"la oyununa itkilərlə çıxacaq.
Sportfm.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
39 yaşlı mütəxəssisin sözlərinə görə, Elgün Nəbiyev zədə səbəbindən, Kamal Qurbanlı isə koronavirusa yoluxduğu üçün oynaya bilməyəcək: "Kamal ev şəraitində müalicəsini davam etdirir. Həftəsonu yenidən test verəcək. Elgün məşq zamanı zədə alıb. Onun matçda iştirak etməyəcəyi dəqiqdir. Ruslanın isə mikrozədəsi var. Həkimlərin rəyini gözləyirik".
Hacıyev hazırda 6 xalla sonuncu pillədə qərarlaşan autsayderlə oyuna da toxunub: "Yay transfer pəncərəsinin ən fəal klubu ilə qarşılaşacağıq. "Sabah"ın heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular yer alır. Rəqib son 6 oyunda məğlub olmasına baxmayaraq, evdə istəkli oynayacaq. Bizimlə qarşılaşmaya dönüş nöqtəsi kimi baxırlar. Ona görə də oyuna ciddi yanaşırlar. Bu da başadüşüləndir. İtkilərimiz olsa da, meydana yaxşı nəticə üçün çıxacağıq. Maraqlı oyun olacaq".
Qeyd edək ki, noyabrın 21-də keçiriləcək "Sabah" - "Səbail" matçı saat 14:00-da başlayacaq. (report)
Oxşar xəbərlər
"Qarabağ"la oyuna itkilərlə çıxacaqlar
"Səbail" daha bir futbolçu ilə yollarını ayırdı - Premyer Liqa
"Səbail"də ciddi itkilər var
""Neftçi" ilə oyunlar hər zaman çətin keçib" - Aftandil Hacıyev
“Neftçi” yeni mövsümə ciddi itkilərlə start verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası