reklam
Sportfm.az xəbər saytı

"Golden Boy" mükafatının sahibi məlum oldu


Norveç millisinin və Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand Avropada ilin ən yaxşı gənc oyunçusuna verilən "Golden Boy" mükafatını qazanıb.

Sportfm.az xəbər verir ki, bu barədə mükafatın təsisçisi olan "Tuttosport" nəşri məlumat  yayıb.

Xatırladaq ki, namizədlərin son siyahısında Eduardo Kamavinqa ("Renn"), Alfonso Davis ("Bavariya"), Serxinyo Dest ("Barselona"), Ansu Fati ("Barselona"), Fil Foden ("Mançester Siti"), Xames Hudson-Odoi ("Çelsi"), Deyan Kulusevski ("Yuventus"), Ceydon Sanço ("Borussiya" Dortmund), Sandro Tonali ("Milan"), Ferran Torres ("Mançester Siti") və Vinisius Junior ( "Real") kimi məşhur futbolçular var idi.

Qeyd edək ki, 2020-ci ilin yanvarında "Zalsburq"dan "Borussiya"ya transfer olunan Holand bu il 29 matçda 27 qol vurub, 6 qolun ötürməsini verib.

 

 

Oxşar xəbərlər

Ronaldonun oğlu "Qızıl top"u almağa namizəddir! - 2030-cu ildə
Ən perspektivli gənc oyunçular - "TOP-10"
Dünyanın ən istedadlı oyunçuları - SİYAHI SİYAHI
"Golden Boy" mükafatı Holanda təqdim olundu - FOTO
"Qızıl oğlan" mükafatı kimin olacaq? - Namizədlərin siyahısı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər