reklam
Sportfm.az xəbər saytı

"Son dəqiqədə buraxdığımız qol bizi üzdü" -Visente Qomez


"Oyunun çox hissəsində nəzarət bizdə idi. Çoxlu qol şansımız oldu. Yalnız ikisindən istifadə edə bildik. Bizi üzən son dəqiqədə penaltidən buraxdığımız qol oldu".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Sabah" klubunun baş məşqçisi Visente Qomez Azərbaycan Premyer Liqasının X turunda evdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

49 yaşlı mütəxəssis komandasının əsas problemini açıqlayıb: "Bu oyun üçün çox dəyişiklik etmədik. "Zirə"yə qarşı da yaxı oynamışdıq. Hesabda önə keçəndən sonra futbolçular daha yaxşı oynayırlar. Məncə, yeganə problem budur. Futbolçulara demişdik ki, keçmişi unutmalıyıq. Hər xırda səhv bizi daha da pis duruma salırdı. Komandanı matça psixoloji baxımdan yaxşı hazırlamışdıq".

İspaniyalı baş məşqçi uğurlu seriya yaxalamaq istədiklərini bildirib: "Bu oyunun gələcək qələbələr üçün təkan olacağını düşünürük. Artıq bu qələbəni unudub "Keşlə" ilə matçı düşünməliyik. Komanda oyundan-oyuna inkişaf etməlidir".

Oxşar xəbərlər

"Oyuna nəzarət tam olaraq bizdə idi" - Sənan Qurbanov
"Ayağımızda top görmədim" - Visente Qomes
"Deyiləsi çox söz yoxdur" - Füzuli Məmmədov
"Avrokuboklar uğrunda mübarizə apara bilərik" - Visente Qomez
"Məğlubiyyətlər qaçılmazdır" - Rəşad Sadıqov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər