reklam
Sportfm.az xəbər saytı

"Avrokuboklar uğrunda mübarizə apara bilərik" -Visente Qomez


"Oyundan çox razı qaldım. Birinci hissədə qol üçün fürsətlər oldu, rəqibə də imkan vermədik. İkinci yarıda "Zirə" matça bir az nəzarət etsə də, oyundan razıyam. Qələbə qazana bildik. İki fərli hissə izlədik, ilk yarıda yaxşı oynadıq, ikinci hissədə isə əziyyət çəkən tərəf biz idik".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Visente Qomez Premyer Liqanın III turunda səfərdə "Zirə"ni 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, heyətlərindən məmnundur: "Daha çox işləsək, Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilərik".

İspaniyalı baş məşqçi Təmkin Xəlilzadənin ehtiyatdan oyuna daxil olması barədə bunları söyləyib: "Oyunçuların bir həftədəki hazırlıqlarına baxaraq qərar verirəm. Ondan daha hazırlıqlı olanları var idi. Mənim üçün ehtiyat futbolçular skamyasında olanlar da önəmlidir". (report)

Oxşar xəbərlər

"Mən klub prezidenti deyiləm" - "Sabah"ın baş məşqçisi
"Son dəqiqədə buraxdığımız qol bizi üzdü" - Visente Qomez
"Azlıqda qalmaq işimizi çətinləşdirdi" - "Sabah"ın baş məşqçisi
"Qardaş Azərbaycandan qardaşcasına ayrılırıq" - Fatih Terim
"Oyundan razıyam, hesabdan yox" - Aftandil Hacıyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər