reklam
Sportfm.az xəbər saytı

"Belə qrafiklə çox oyunçunu itirəcəyik" -“Barselona”nın baş məşqçisi


“Barselona”nın baş məşqçisi Ronald Kuman sıx oyun təqvimindən şikayətlənib.

Sportfm.az xəbər verir ki, 57 yaşlı mütəxəssis Çepionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Yuventus”la matçdan öncə verdiyi açıqlamasında Usman Dembelenin zədəsindən danışarkən bunları deyib:

“Zədə səbəbindən futbolçu itirmək üzücüdür. Çünki Dembele irəliləyişə nail olmuşdu. Amma yenidən geri gedəcək.

Belə qrafikə görə daha çox oyunçunu zədə səbəbindən itirəcəyik. 

Həm həftəsonu, həm çərşənbə axşamı matça çıxmalısan. Bu mövsüm hamısı 21:00-da başlayan 5 səfər oyun keçirmişik”.

Qeyd edək ki, mövsümə uğursuz başlayan "Barselona" La Liqada 10 oyuna 14 xalla 9-cu pillədə qərarlaşıb.

Oxşar xəbərlər

"Yuventus" Dembele ilə razılığa gəldi - Müqavilə
“Messinin yoxluğunu hiss etdik” - Ronald Kuman
Ronald Kuman "Barselona"nın yeni baş məşqçisi olacaq! - Qayıdış
“Mən “Barselona”ya qayıdacağam” - Qvardiola
"Mən heç vaxt Madrid klubunda işləmərəm" - baş məşqçi açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər