İlin ən yaxşı qapıçısı açıqlandı -5-ci dəfə
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2020-ci ilin ən yaxşı qapıçısının adını açıqlayıb.
Sportfm.az xəbər verir ki, Almaniya millisinin və "Bavariya"nın qolkiperi dünyanın ən yaxşısı seçilib. O, karyerasında 5-ci dəfə İFFHS-in bu titulunu almağı bacaran 3-cü qapıçı olub. Bundan əvvəl bu ada 5 dəfə İker Kasilyas (2008, 2009, 2010, 2011, 2012) və Canluici Buffon (2003, 2004, 2006, 2007, 2017) layiq görülüb.
Qeyd edək ki, Noyer ötən mövsüm "Bavariya" ilə bütün ölkə kuboklarını (Bundesliqa, Almaniya Kuboku, Almaniya Superkuboku), eyni zamanda Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.
Xatırladaq ki, Noyer bundan əvvəl, 2013, 2014, 2015 və 2016-cı illərdə ən yaxşı seçilib.
Oxşar xəbərlər
2021-ci ilin ən yaxşı qolkiperi - FOTO
XXI əsrin ən yaxşı qapıçısı - SİYAHI
FIFA ilin ən yaxşı qapıçılarını açıqladı - The Best
2020-ci ilin ən yaxşı baş məşqçiləri - İFFHS açıqladı
Futbol tarixinin ən yaxşı 10 qapıçısı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası