Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
2021-ci ilin ən yaxşı qolkiperi -FOTO
Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma 2021-ci ilin ən yaxşı qolkiperi seçilib.
Sportfm.az xəbər verir ki, İtaliya millisinin üzvü Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.
22 yaşlı qapıçı 170 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya yığmasının və "Bavariya"nın qolkiperi Manuel Noyer 75 xalla 2-ci, İngiltərənin "Çelsi" komandasının seneqallı qapıçısı Eduar Mendi 40 xalla 3-cü olub.
Qeyd edək ki, IFFHS daha əvvəl "Bavariya"nın hücumçusu Robert Levandovskini ilin futbolçusu elan edib.
Oxşar xəbərlər
2022-ci ilin ən yaxşı qapıçısı - Tibo Kurtua
FİFA namizədlərin adlarını açıqladı - Siyahı
Son 10 ilin ən yaxşı baş məşqçisi - İFFHS açıqladı
FIFA ilin ən yaxşı qapıçılarını açıqladı - The Best
İlin ən yaxşı qapıçısı açıqlandı - 5-ci dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası