reklam
Neymar və Benzema namizəd oldu -
Sportfm.az xəbər saytı

Neymar və Benzema namizəd oldu -Həftənin oyunçusu adına


UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Sportfm.az xəbər verir ki, bu ada Fransa PSJ-sindən Neymar, İspaniya "Real Madrid"indən Kərim Benzema, Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun qapıçısı Anatoli Trubin və İspaniya "Sevilya"sının oyunçusu Yussef En-Nesiri iddia edir.

Neymar Parisdə Türkiyənin "Başakşehir" komandasını 5:1 hesabı ilə məğlub etdikləri matçda het-trik edib. Benzema evdə Almaniyanın "Borussiya" (Mönxenqladbax) klubuna 2:0 hesabı ilə qalib gəldikləri oyunda hər iki qolun müəllifi olub.

En-Nesiri Fransa "Renn"i 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubl edib. Trubin isə İtaliyada "İnter"lə qolsuz bərabərə qaldıqları görüşdə 4 qurtarışla yadda qalıb.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

 

Oxşar xəbərlər

Həftənin futbolçusu adına namizədlər - Çempionlar Liqası
Həftənin oyunçusu adına namizədlər Çempionlar Liqası
Həftənin futbolçusu adına namizədlər - Çempionlar Liqası
Həftənin futbolçusu adına namizədlər - Çempionlar Liqası
Həftənin oyunçusu adına namizədlər açıqlandı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər