Maradonanın 40 milyonluq mirası üçün mübarizə başladı -Qohumları arasında
Vəfat edən dünya futbolunun əfsanəvi oyunçusu Dieqo Maradonanın qohumları onun mirası üçün mübarizə aparırlar.
Sportfm.az xəbər verir ki, argentinalı sabiq futbolçunun 40 milyon avrodan çox olan mirası üçün ən azı 16 nəfər müraciət edib. Söhbət Maradonanın Argentina, İsveçrə və Dubaydakı bank hesablarından, eləcə də dünyadakı bir çox maşın parkından və lüks daşınmaz əmlakından gedir.
Maradonanın 5 rəsmi övladı var, bu status üçün daha 7 nəfər müraciət edib. Bundan əlavə, 4 bacısı futbolçunun mirası uğrunda mübarizəyə qatılıb. Argentina qanunlarına görə, vəsiyyət olmadığı təqdirdə, ölənin varlığını bilmədiyi övladları da daxil olmaqla, bütün varislər bərabər miras hüquqlarına malikdirlər. Qohumluq faktını sübut etməyi bacarsalar, onlar digərləri ilə eyni miras hüquqlarına sahib olurlar.
"Maradonanın pulu uğrunda müharibə sadəcə bir rəqabət yox, əsl dünya çempionatı olacaq" - deyə "The Sun" "Buenos Aires"dən bir mənbədən sitat gətirərək yazıb.
Qeyd edək ki, Maradona 25 noyabrda 60 yaşında ürək tutmasından ölüb.
Oxşar xəbərlər
Maradonanın evi sökülür - Ərazisi satılıb
Maradonanın qardaşı dünyasını dəyişdi - 52 yaşında
Maradonanın həkimi məhkəmə qarşısına çıxır
Maradonanın adı əbədiləşdirildi - Dieqo Armando Maradona kuboku olacaq
Maradona bunu da etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası