"Sabah"da son durumlar -4 futbolçu sağaldı
“Sabah”da son koronavirus testinin nəticələri müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Onun sözlərinə görə, test nəticəsi pozitiv olan 4 futbolçu - Yevgeni Koçuk, Coşqun Diniyev, Kevin Kubemba və Xulio Sezar Rodrigesi sağalıb.
Hazırda komandada aktiv xəstə sayı da dörddür. Bunlar müdafiəçilər Məhəmməd Mirzəbəyov, Nikola Vuyadinoviç, Slavik Alxasov və yarımmüdafiəçi Ozan Can Kökçüdür. Onların təkrar testinin cavabları yaxın günlərdə bilinəcək.
Klub rəsmisinin sözlərinə görə, Premyer Liqanın 12-ci turunda “Neftçi” ilə keçiriləcək oyundan 2 gün əvvəl bütün komanda yenidən test verəcək.
Qeyd edək ki, “Sabah” “Neftçi”ni dekabrın 20-də evdə qəbul edəcək. (qol.az)
Oxşar xəbərlər
Samir Abasov sağaldı, iki yeni yoluxma - Premyer Liqa
“Sabah”ın futbolçuları koronavirusa qalib gəldi
"Sabah"da yoluxmalar artır - Daha 5 futbolçu
"Neftçi" - "Sabah" - START HEYƏTLƏR
"Səbail" - "Sabah" - START HEYƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası